13 İyul 2016 11:35
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində avtobus sürücüsünü öldürməkdə təqsirli bilinən Məmməd Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi bu il martın 23-də Nərmanov rayonunun İsmayıl Hidayətzadə küçəsində baş verib.

4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon sakini, 37 yaşlı Məmməd Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini avtobusun sükanı arxasında bıçaqlayıb. Zülfüqar Əzizli hadisə yerondə ölüb.

Araşdırmalardan məlum olub ki, sürücülər arasında münaqişəyə avtobusların hərəkət qrafikində bir neçə dəqiqəlik pozuntu səbəb olub. Mübahisə zamanı ürək nahiyəsindən bıçaq zərbəsi alan Zülfüqar Əzizli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qətli törədən Məmməd Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə Məmməd Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Cinayət işi üzrə çəxan dövlət ittihamçısı dəyişdidirilib. Hazırlıq iclasının davamı iyulun 18-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif: