13 İyul 2016 14:29
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb.

Naməlum şəxs qəsəbə sakini Bakir Məmmədovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib, cibindəki 900 manat pulu və mobil telefonu götürüb.

Xəzər rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov tutulub.

Hacı Zeynalov


Müəllif: