13 İyul 2016 17:48
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan Şirvan sakini Şəhla Orucovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Şirvan şəhər sakini Şəhla Orucova Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində həbs edilib.

Onun digər şəxslərlə birgə gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması faktı müəyyən edilib.

Şəhla Orucova Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham edilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən qapalı prosesdə Şəhla Orucova və zərərçəkmişlər ifadə verib.

Məhkəmə iclası iyulun 20-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: