24 İyun 2014 12:14
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 5 il əvvəl itkin düşən şəxsin tapılması mümkün olmayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 1968-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olmuş, Gəncə şəhərində yaşamış Murquzov Vasif Valeh oğlu 2009-cu il oktyabr ayının əvvəllərində evdən çıxıb və bir daha geri qayıtmayıb. Evdən gedərkən əynində boz rəngli kostyum, göy köynək, ayağında qara ayaqqabı olub.
İtkin düşmüş bu şəxsin xarakterik əlamətləri:

Boyu 1 metr 70 santimetr, qarayanız, qara saçlı, gözləri qara rəngdədir.

Onu görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin (022) 256-52-19, (022) 256-07-73 nömrəli şəhər, eyni zamanda, (050) 524-43-44 və (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu haqda Gəncə Şəhərinin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Hacı Zeynalov


Müəllif: