14 İyul 2016 09:16
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı həbs edilən Ələkbər Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Məhkəməsinin hökmü ilə Ələkbər Qurbanov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum və onun müdafiəçisi Osman Kazımov apelyasiya şikayəti verib. Apelyasiya şikayətində bəraət hökmünün çıxarılması istənilib.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərara elan edilib. Qərara görə, Ələkbər Qurbanovun apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) noyabrın 26-da Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyat zamanı 2 polis əməkdaşı qəhrəmancasına həlak olub.


Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, bir çox üzvü, o cümlədən Ələkbər Qurbanov də saxlanılaraq istintaqa təqdim edilib.

Ələkbər Qurbanov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif: