14 İyul 2016 17:07
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Evoğlu kənd sakini, 1994-cü il təvəllüdlü Cəmilə Əlizadə bıçaqlanıb. Məlumata görə, Cəmilə hadisədən əvvəl qardaşı Taleh Əlizadə ilə mübahisə edib. Taleh bacısının boğaz nahiyəsini kəsib.

Cəmilə Əlizadə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Hadisədən əvvəl bacısının sosial şəbəkədə başqa oğlanla yazışdığını bilib və buna görə də onların arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı cinayətlə nəticələnib.

Taleh Əlizadə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: