14 İyul 2016 20:28
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda intihara cəhdin qarşısı alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin sərxoş vəziyyətdə beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.


Müəllif: