15 İyul 2016 09:30
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində iş adamını öldürməkdə təqsirli bilinən deputatlığa keçmiş namizəd Nadir Orucovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, 2011-ci il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Rövşən Rüstəmov aldığı güllə yarasından ölüb.

Nadir Orucov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir Orucov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verərək cəzasını yüngülləşdirilməsini istəyib.

Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə Nadir Orucovun işinə yenidən baxılıb. Prosesdə Nadir Orucovun vəkili vəsatətlə çıxış edib.

Vəkil ilkin ifadələrinin düzgün olmadığını və ifadələrində olan imzaların yoxlanılması üçün xətt-şünaslıq ekspertizasının təyin edilməsini istəyib.

Həmçinin Nadir Orucovun sağlıq durumu ilə bağlı da vəsatət verilib. Nadir Orucovda ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz; hipertoniya xətəliyi, şəkərli diabet, insulindən asılı forma xəstəliklərinin olmasını müəyyən edilməsi üçün vəsatət verilib.

Məhkəmə hər iki vəsatəti təmin edib və iş üzrə ekspertiza təyin edilib. Bu səbəbdən məhkəmə iclası qeyri müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, ötən il Nadir Orucovun apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində, hakim Faiq Qasımovun sədrliyi ilə baxılıb. Həmin prosesdə Nadir Orucovun ilkin ifadələrinin düzgün olmadığı və ifadələrində olan imzaların yoxlanılması üçün xətt-şünaslıq ekspertizasının təyin edilib.

Həmin vaxt Nadir Orucovun barəsində ekspertiza rəyi açıqlanmışdı. Həmin rəydən məlum olub ki, Nadir Orucovda ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz; hipertoniya xətəliyi, şəkərli diabet, insulindən asılı forma xəstəlikləri müəyyən olunub.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Nadir Orucovun apelyasiya şikayəti təmin edilib və onun barəsində olan hökm ləğv edilib. Yeni hökmə əsasən Nadir Orucovun barəsində 10 il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Həmin qərardan Ali Məhkəməyə kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə baxan hakimlər qərarı ləğv edib və işin yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.

Nadir Orucovun barəsində olan cinayət işinin materialları apelyasiya instansiyasına göndərilib.

Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizəd olub.

Hacı Zeynalov


Müəllif: