24 İyun 2014 14:17
1 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda saxta pul yayanlar həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Liman şəhərinin ərazisində Bakı şəhər sakini Cavidan Həsənov və Şərur rayon sakini Əsgər Abbasov tutulub.

Onlardan 343 ədəd 50 manatlıq, 26 ədəd 100 manatlıq saxta əskinas aşkar edilib.

Hacı Zeynalov


Müəllif: