15 İyul 2016 16:52
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda “Təhriki-Taliban” adlı qanunsuz silahlı birləşmənin tabeliyində döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşı Aydın Qaragözovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Aydın Qaragözov Milli Təhlükəsizlik Nazirliyinin antiterror tədbirləri nəticəsində həbs edilib.

Müəyyən edilib ki, Aydın Qaragözov Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirakçı olub. O, 2011-2013-cü illərdə Pakistanın Vəziristan vilayətində “Təhriki-Taliban” adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki “Tayfatul-Mansura” adlı silahlı dəstənin fəaliyyətində iştirak edib.

Aydın Qaragözov Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: