16 İyul 2016 00:55
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində olub.

Belə ki, "VAZ-2106" markalı avtobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobil iki hissəyə ayrılıb, 4 nəfər yaralanıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
/Report/


Müəllif: