16 İyul 2016 12:29
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayon məhkəməsində silah saxlamaqda təqsirləndirilən Hacıqabul rayon sakini Xəyal Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Hacıqabul rayon sakini Xəyal Cavadovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Xəyal Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı sandıqçasında 6 ədəd patron olan “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

Xəyal Cavadov istintaqa verdiyi ifadəsində silahı tapdığını deyib: “2-3 gün bundan əvvəl “Makarov” tipli tapança tapmışdım. Təhvil vermək istəyirdim. Lakin sistem işçiləri məni tutdular”.

Hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Xəyal Cavadov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: