16 İyul 2016 14:14
357

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kalinovka kəndində qeydə alınıb.

Kənd sakini Ramil Məmmədov münaqişə zəminində qohumu Aqil Eyvazovu bıçaqlayıb. Aqil Eyvazov xəstəxanaya yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Masallı rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramil Məmmədov tutulub.

Hacı Zeynalov


Müəllif: