16 İyul 2016 15:07
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sadıqcan küçəsində yerləşən yataqxananın yaxınlığında qeydə alınıb.

Həmin yataqxanada yaşayan 1997-ci il təvəllüdlü Ağaverdi Şükürzadə bıçaqlanıb. O, qarın nahiyəsinin kəsici-deşici yaraları ilə “Azərsutikinti” xəstəxanasına gətirilib.

Ağaverdi Şükürzadəyə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. İlkin məlumata görə, 19 yaşlı oğlan qız üstündə bıçaqlanıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: