16 İyul 2016 15:27
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun H.Aslanov küçəsində qeydə alınıb.

Ucar rayon sakini, 1987-ci il təvəllüdlü Rüfət Rzayev Səlimə Şükürova və onun qaynı arvadı Sevil Şükürovanı bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub.

Məlumata görə, Rüfət Rzayev evlənmək məqsədi Sevil Şükürovanın qızını qaçırmaq istəyib. Amma qızın anası və əmisi arvadı buna imkan verməyiblər.

Həmin vaxt onların müdaxiləsinə etiraz edən Rüfət Rzayev hər ikisinə xəsarət yetirib və daha sonra qızı qaçırmağa nail olub.

Amma Rüfət Rzayev çox uzağa gedə bilməyib. O, hadisədən bir neçə saat sonra polis əməkdaşları tərəfindən həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: