17 İyul 2016 12:57
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 17-də paytaxtın Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, 171 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı avtobusla “Shacman” markalı yük maşını toqquşub. Nəticədə yük maşını yoldan çıxıb, avtobus isə aşıb.

Qəza nəticəsində 21 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırmalar aparılır. Qəzadan sonra prospektdə yaranan sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.


Müəllif: