18 İyul 2016 03:51

Ağdaşda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdaş rayonunda vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan 1 otaqlı və digər vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yüksək temperaturdan ümumi sahəsi 48 kv.m olan talvarın lambirdən ibarət tavanı 12 kv.m sahədə əriyib. Talvarın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 00:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:
Загрузка...