18 İyul 2016 13:13

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xızı rayonunda qətl törətməkdə təqsirli bilinən1989-cu il təvəllüdlü Babək Əzimovn cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu il fevralın 4-də Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan Elmir Qulamovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı ərazidə tapılıb.


Xızı rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini Babək Əzimov tutulub. Ondan mətbəx bıçağı götürülüb.

Hadisəni törədən 1989-cu il təvəllüdlü Babək Əzimov qəsəbədə kafe və mağaza işlədirmiş. 1992-ci il təvəllüdlü Elmir Qulamovun bir müddətmiş Babək Əzimovun mağazasına borcu varmış.

Hadisədən əvvəl Babək Əzimov Elmir Qulamova borclarını ödəməklə bağlı söz göndərib. Bu hərəkət Elmirə xoş gəlməyib və o, Babəkin yaşadığı evə gələrək onu bayıra çağırtdırıb.

Babək Əzimov ilkin ifadəsində bildirib ki, Elmiri ipə-sapa yatmayan adam kimi tanıyırmış və buna görə də ondan pulu ehtiyatla istəyib. Üstəlik, fevralın 4-də Elmir Qulamov onların evinə gələndə Babək ona borcu bağışladıqlarını deyib.

Elmir Qulamov isə ona "Məni Giləzidə hamı tanıyır, mənimlə belə danışa bilməzsən, mənimlə pul söhbəti edə bilməzsən" deyib. Bundan sonra tərəflər arasında münaqişə yaranıb və Elmir Qulamovun onu bıçaqla vurmaq istədiyini görən Babək Əzimov evdən çıxanda götürdüyü bıçaqla ona zərbə endirib.

Babək Əzimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Babək Əzumovun cinayət işi üzrə hazırlıq iclası olub. Prosesdə hakim özü-özünə etiraz edib. Buna səbəb hakimin ibtida istintaqi aparan müstəntiqlə qohum olmasıdır.

Hazırlıq iclası dayandırılıb və cinayət işi dəftərxanaya təqdim oıunub. Cinayət işi başqa hakimin icraarına veriləcək.

Hacı Zeynalov


Müəllif:
Загрузка...