18 İyul 2016 22:17

Zaqatalada dərəyə yıxılan azyaşlı uşaqlardan biri ölüb, digəri isə ağır xəsarət alıb.

Hadisə iyulun 17-si günorta saatlarında Yuxarı Çardaqlar kəndinin yuxarı hissəsində, dağlıq ərazidə qeydə alınıb.

Teleqraf.com Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Yuxarı Çardaqlar kənd sakinləri 2010-cu il təvəllüdlü Mələk Məmməd qızı Yəhyəyeva və 2011-ci il təvəllüdlü Rəcəb Məhəmməd oğlu Qurbanov ehtiyatsızlıqdan 6-7 metr dərinliyindəki dərəyə yıxılıblar. Uşaqlar kənd sakinlərinin köməkliyi ilə dərədən çıxarılıblar.

Rəcəb Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı ağır bədən xəsarətlərindən yolda dünyasını dəyişib.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mələk Yəhyəyevaya ağır kəllə beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif:
Загрузка...