19 İyul 2016 15:26
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini,1980-ci il təvəllüdlü İlham Əhmədov yaşadığı evdə bıçaqlanıb. O, xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hadisəni İlham Əhmədovun ögey oğlu, 1996-cı il təvəllüdlü Dövran Annazarovun törətdiyi məlum olub. Dövran Annazarov tutulub. Hadisə ailə münaqişəsi zəminində baş verib. Dövran Annazarov Türkmənistan vətəndaşıdır.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: