19 İyul 2016 17:57
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı məhkəmə iclasında prokuror ittiham aktını oxuyub. Daha sonra prosesdə ifadə verən Elşən Mustafaoğlu özünü təqsirli bilməyib.

Elşən Mustafaoğlu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. O, 2014-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.

Hacı Zeynalov


Müəllif: