20 İyul 2016 00:33

İmişli rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış rayon sakinləri - 46 yaşlı Yeganə Bəhrəm qızı Behbudova və onun bacısı - 36 yaşlı Əzizbəyim Bəhrəm qızı Quliyeva Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hər iki şəxs xəstəxanada ilk tibbi yardım aldıqdan sonra travmotologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

/Report/


Müəllif: