20 İyul 2016 09:27
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda yanğın hadisəsi baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Banbaşı kəndində baş verib.

Kənddə vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin döşəməsi, tavanı 16 kv.m və dəhlizin tavanı 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğında mühafizə olunub.

Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: