20 İyul 2016 10:00
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun N.Məlikov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1971-cı il təvəllüdlü Azər Rəsulov həyat yoldaşı, 1976-ci il təvəllüdlü Sevda Rəsulovanı bıçaqlayıb. Sevda Rəsulova 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Azər Rəsulov həbs edilib. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: