20 İyul 2016 12:55
344

Bu gün Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu gəlməkdə təqsirləndirilən şair Saday Şəkərli barəsində hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Camal Ramazanovun sədrlik etdiyi prosesdə prokuror çıxış edib. Prokuror Saday Şəkərli barəsində irəli sürülən ittiham üzrə maddənin dəyişdirilməsini istəyib.

Prokuror Saday Şəkərlinin əməlini Cinayət Məcəlləsinin 182.4-cü maddəyə tövsif olunmasını istəyib.
Məhkəmə iclası avqustun 3-də davam etdiriləcək.

İttiham aktına görə, Saday Şəkərli külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə 10 min manat məbləğində pul tələb edib.

O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilib. Bu il may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıdan məhrum edilib.

Saday Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Hacı Zeynalov


Müəllif: