20 İyul 2016 13:30
1 179

Bakının Nizami rayonu ərazisində faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində yaşayan azyaşlı Murad Ağakişiyev yaşadığı hündürmərtəbəli binanın 5-ci mərtəbəsinin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş Murada Ağakişiyevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: