20 İyul 2016 14:40
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda dəhşətli hadisə baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1957-ci il təvəllüdlü Məhəmməd İsmayılov yaşadığı evin həyətində idarə etdiyi “QAZ-53” markalı yük avtomobili arxa tərəfə sürərkən 3 yaşlı nəvəsi Cəsur İsmayılovu vurub. Cəsur İsmayılov hadisə yerində ölüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: