20 İyul 2016 16:40
1 610

Rusiya Daxili İşlər Nazirliyinin istintaq departamentinin polkovniki Maksim Dementev Moskva Milli Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Teleqraf.com life.ru-ya istinadən xəbər verir ki, Dementev ilə yanaşı departamentin daha iki əməkdaşı da həbs olunub.

Məlumatlara görə, Dementev pul müqabilində Moskvada bəzi cinayət işlərinin həll olunması ilə məşğul olub. Polkovnikin həbsi ilə bağlı Moskva məhkəməsi qərar çıxarıb və o, iş otağında saxlanılıb:

"Məsələ ilə bağlı Dementevin bacısı idarəyə məlumat verib. O bildirib ki, qardaşı ilə birlikdə pul müqabilində bəzi biznesmenlərin cinayət işlərinin həllinə köməklik göstəriblər. Dementevin bacısının sözlərinə görə, sonuncu belə işdə qardaşı 2 milyon rubl pul alıb, ancaq işi bağlamayıb".

Faktla bağlı araşdırmalar davam edir.

Samir


Müəllif: