20 İyul 2016 19:51
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dənizdə 3 nəfər boğulub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 50 metr dənizin içərisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə) 3 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 25-26 yaşında olan naməlum qadın meyiti tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər batanların axtarışları davam etdirilir.


Müəllif: