20 İyul 2016 21:39
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha bir nəfərin Kürdə batması ilə bağlı məlumat yayılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Muradbəyli kəndində Kür çayında batdığı ehtimal olunan 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Qeyd edək ki, ötən gün də oxşar xəbər yayılmışdı.


Müəllif: