21 İyul 2016 13:32
803

Rusiyada "Şeş-beş" restoranın sahibi azərbaycanlı iş adamı Qeys Məmmədovun sürücüsü öldürülüb.

Teleqraf.com life.ru-ya istinadən xəbər verir ki, hadisə iki etnik qruplaşma arasında düşən mübahisə zamanı baş verib.

Sürücü başından aldığı güllə yarası nəticəsində ölüb. Mübahisə iştirakçıları cəsədi Moskva çayına atıblar.

Cəsədi aşkar edən polis faktla bağlı araşdırmalara başlayıb. Moskva polisindən verilən məlumata görə, hadisədə şübhəli bilinən 24 yaşlı gənc və onun atası saxlanılıb. Onların adları açıqlanmır.

Elvin


Müəllif: