21 İyul 2016 15:57
1 479

Bakıda bir gündə 7 nəfər dənizdə çimərkən boğulub. Teleqraf.com xəbər verir ki, hadisə iyulun 20-də baş verib.

Bakı şəhər sakinləri Tutu Əliyeva, Rafiq Bayramov, Orxan Əliyev, Dəvəçi rayon sakini Cəmilə Əyyubova Xəzər rayonunun Şüvəlan qəsəbəsinin dəniz çimərliyində çimərkən boğulublar.

Bundan başqa, Bakı şəhər sakinləri Vəli Abbasov və Rəvan Hüseynov Mərdəkan qəsəbəsinin dəniz çimərliyində çimərkən suda batıblar.

Bakı şəhər sakini Rəsul Musayev Görədil dəniz çimərliyində çimərkən boğulub. Dənizdə boğulan şəxslərin meyitləri sudan çıxarılaraq ailə üzvlərinə təhvil veriliblər.

Suda batanlardan Orxan Əliyevin meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Hacı Zeynalov


Müəllif: