21 İyul 2016 16:28
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Binəqədi qəsəbəsindəki avtoyuma məntəqələrindən birində qeydə alınıb.

Bakı şəhər sakini Telman Nəbiyevə məxsus “BMW” markalı avtomobildən 1000 ABŞ dolları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nail Əliyev tutulub.

Hacı Zeynalov


Müəllif: