21 İyul 2016 17:24
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, “Milli park”ın ərazisində 6 naməlum şəxs Hacıqabul rayon sakinləri Kənan Cəlilovu və Fariq Cəfərzadəni bıçaqla hədələyib və pul vermələrini tələb edib.

Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əziz Əsgərov, Təbriz Tağıyev, Sadiq İsmayılov, İlqar Əliyev, Faiq Həşimov və Yadulla Abdullayev tutulublar.

Hacı Zeynalov


Müəllif: