21 İyul 2016 20:36
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayət Məhkəməsində oğurluqda təqsirləndirilən Vaqif Ağayev, Asəf Əliyev, Elnur Əliyev, Elvin Əliyev və Tural Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2015-ci ilin iyulun 26-da saat 23:30 radələrində, Nərimanov rayonu, A.Gəraybəyli küçəsində yaşayan 1968-ci il təvəllüdlü Şəhla Əhmədovanın mənzilindən açarseçmə yolu ilə içərisində 40 min manat, 20 min ABŞ dollar və 50 min manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb.
Nərimanov Rayon Poolis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmkdə şübhəli bilinən mütəşəkkil dəstə üzvləri - Suraxanı rayon, Hövsan qəsəbə sakini, 1989-cu il təvəllüdlü Vaqif Ağayev, Tərtər rayon sakinləri Asəf Əliyev və əvvəllər məhkum olunan Tural Əzizov, Cəlilabad rayon sakinləri, 1990-cı il təvəllüdlü Elnur Əliyev və 1991-ci il təvəllüdlü Elvin Əliyev saxlanılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Vasif Ağayev 8 il, Asəf Əliyev 9 il 6 ay, Elvin Əliyev 7 il 6 ay, Elnur Əliyev 10 il və Tural Əzizov 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: