21 İyul 2016 19:52
691

Sabirabad rayonunda faciəli hadisə baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Muradbəyli kəndində qeydə alınıb.

Kənd sakini Almaz Abuşova Kür çayının kəndin ərazisindən keçən hissəsində paltar yuyarkən ayağı sürüşüb və çaya yıxılıb. Almaz Abuşovanın Kürdə batması barədə kənd sakinləri adiyyatı orqanlara məlumat verib.

Hazırda Almaz Abuşovanın meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Hacı Zeynalov


Müəllif: