21 İyul 2016 23:56

Salyan sakinindən avtomat silahı götürülüb. “Report”un Aran bürosu xəbər verir ki, daxil olmuş məlumat əsasında Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat zamanı Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, ev 89-da yaşayan 67 yaşlı Azər Əsəd oğlu Əsədov şübhəli şəxs qismində saxlanılıb. Onun evinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı, 2 ədəd avtomat darağı və 100 ədədə yaxın avtomat gülləsi aşkar edilərək götürülüb. Hazırda Polis şöbəsində Azər Əsədovun silahı hardan əldə etməsi istiqamətində işlər davam etdirilir.


Müəllif:
Загрузка...