22 İyul 2016 12:16

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Elxan Həbibovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Elxan Həbibov 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, ötən il dekabrın 25-də Nərimanov rayonu ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş Elxan Həbibov ailə-məişət münaqişəsi zəminində qardaşı, əvvəllər məhkum olunmuş Əbülfətə bıçaqla xəsarət yetirib. Əbülfət xəstəxanaya aparılarkən yolda ölüb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...