24 İyul 2016 20:13

Bu gün Şirvanda avtomobil piyadanı vurub.

Neftçala rayon sakini, 1958-ci il təvəllüdlü Ağayev Ruhulla Böyükağa oğlu idarə etdiyi "Mersedess" markalı "10 KU 357" dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakini, 1963-cü il təvəllüdlü Babayev Qulam Yasəf oğlunu vurub.

Sərxoş olan 54 yaşlı piyada ağır xəsarətlər alıb. Q. Babayev müxtəlif dərəcəli sınıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
/APA/


Müəllif:
Загрузка...