25 İyul 2016 10:02
391

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən yataqxanaların birində qeydə alınıb.

Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Yaşar Rzayev bıçaqlanıb. O, xəsarətlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Vaxtında əməliyyat olunan Yaşar Rzayevain həyatını xilas etmək mümkün olub. Yaşar Rzayevi qonşusu bıçaqladığı bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: