25 İyul 2016 11:12
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Şamaxı rayon sakini Natiq Soltanovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobillə Pənah Nəbiyevin sürdüyü “VAZ 2107” markalı minik avtomobil toqquşub.

Hadisə zamanı Natiq Soltanov və onun sərnişini Arif Əliyev, Pənah Nəbiyev müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Pənah Nəbiyevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: