25 İyul 2016 11:19
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Beynəlxalq Bankı” ASC-yə külli miqdarda ziyan vurulması faktı üzrə həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 15-nə təyin edilib.

Cinayət işi hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılacaq.

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif: