25 İyul 2016 12:27
1 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda əxlaqsızlıq yuvası aşkar olunub.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nurlan Qaraxanovun gəlir əldə etmək məqsədi ilə Q.Qarayev prospektindəki mənzilində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Bundan başqa, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nərminə Məcidovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

Hər iki faktla əlaqədar cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: