25 İyul 2016 12:50
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda yaşayış evinə basqın edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb. İyulun 24-də, gecə saat 03.00 radələrində kənd sakini Aynurə Abdullayevanın yaşadığı evə pəncərədən naməlum şəxs girib.

Naməlum şəxs Aynurə Abdullayevanı bıçaqla hədələyərək onun 1500 manat dəyərində qızıl əşyalarını aparıb.

Ağstafa rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Kəsəmən sakini Xətai Mövləverdiyev saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: