26 İyul 2016 15:44
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən narkotiklərlə bağlı keçirdiyi əməliyyat tədbirləri davam edir. Teleqraf.com xəbər verir ki, növbəti belə bir əməliyyatı Lənkəran polisi keçirib.

Polis ıməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Nüvədi kəndində yaşayan Şahin Mustafayevin həyətindən 4 ədəd, Cil kəndində yaşayan Fərid Eyvazovun həyətindən isə 39 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu və 255 qram marixuana aşkar edilərək götürülüb.

Daha bir əməliyyatı Sabirabad rayon polis şöbəsinin əməkdaşları keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Cavad kəndində yaşayan Əli Səmədovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar edilib.

Oxşar əməliyyatı Sumqayıt polisi keçirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Z.Tağıyev qəzəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əfqan Quliyevin evinin damında dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu, evdən isə 430 qram marixuana aşkar edilərək götürülüb.

Balakən rayonunun Qazma kəndində oxşar əməliyyat keçirilib. Kənd sakini Murad Əhmədovdan kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu, 20 ədəd avtomat patronu və 1 ədəd patron darağı aşkar edilib.

Bundan başqa, Ağstafa rayon polis şöbəsi əməkdaşları tərəfindən Eynallı kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 4 ton 800 kiloqram olan 8000 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Hacı Zeynalov


Müəllif: