26 İyul 2016 23:16

Xaçmaz şəhər sakinini öldürməklə hədələyən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Mövlanov tutulub. Ondan 3,225 qram heroin götürülüb.

Hüseyn Mövlanov iyulun 24-də Xaçmaz rayonunun Çarxı kəndindəki restoranda, oranın icarədarı Ramin Namazovu öldürəcəyi ilə hədələyib və 400 manat pul tələb edib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...