27 İyul 2016 09:50
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən 58 yaşlı Ulduz Məmmədova “Vaz 21015” markalı avtomobillə vurulub. Hadisəni törədən sürücü Kərim Abdulov daha sonra yaralını avtomobilinə qoyaraq xəstəxanaya aparıb. Həkimlər müayinə zamanı Ulduz Məmmədovanın ölməsini müəyyən ediblər.

Kərim Abdulov polis tərəfindən saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: