27 İyul 2016 13:32

Moskva-Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda bıçağın təsvirləri əks olunduğuna görə müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı sərnişinə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd ov bıçağı aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif: