27 İyul 2016 18:38
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, İradə Vəliyeva ötən il Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

İradə Vəliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Hakim Tamella Nəsurullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə İradə Vəliyeva barəsində 3 il sınaq müddəti olmaqla şərti cəza alıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Hacı Zeynalov


Müəllif: