27 İyul 2016 22:33
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda narkotik satıcılarına qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İmran İsgəndərovdan 490 qram marixuana götürülüb.

Daha bir əməliyyatı Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Yadigar Tofididən 450 qram marixuana götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: